Luis Enrike: "Qarabağ"la oynamaq daha yaxşıdır
"Qarabağ"la qarşılaşmağa hazırıq".
BAKU.WS xəbər verir ki, bu sözləri "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibi olan PSJ-nin baş məşqçisi Luis Enrike klubun saytına açıqlamasında deyib.
O bildirib ki, "Qarabağ"la oynamaq daha yaxşıdır:
"Əgər bu qrup mərhələsindən çıxmağın nə qədər çətin olduğunu bilən bir komanda varsa, o da bizik. Biz "Monako" və ya "Qarabağ"la qarşılaşmağa hazırıq. Görəcəyik, ümid edirəm ki, bu, fransızlara qarşı oynamaqdan bezdiyimiz üçün Fransa komandası olmayacaq. "Qarabağ"la, başqa bir ölkəyə gedib oynamaq daha yaxşıdır. Çətin səfər oyunlarına öyrəşmişik və yenə də bəzi yaxşı anlar yaşayacağıq. Bəzi oyunçuları geri qaytaracağıq, baxmayaraq ki, bu gün daha bir vacib oyunçu zədələndi. Bu, təəssüf doğurur, amma biz bunu qəbul etməliyik".
Xatırladaq ki, Azərbaycan çempionu pley-off mərhələsində PSJ ilə yanaşı "Nyukasl"la daqarşılaşa bilər. Püşkatma sabah keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan güləşçiləri Tiranada Avropa çempionatında mübarizəyə başlayır
Azərbaycan güləşçiləri Albaniyanın paytaxtı "Tirana"da keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaqlar. BAKU.WS report-a istinadən xəbər verir ki...