"Liverpul" Salahı komandadan qısa müddətlik uzaqlaşdıra bilər

Liverpul Salahı komandadan qısa müddətlik uzaqlaşdıra bilər
İdman 34

"Liverpul" rəhbərliyi və baş məşqçi Arne Slot hücumçu Məhəmməd Salahın komandadan qısa müddətlik kənarlaşdırılmasını nəzərdən keçirirlər.

BAKU.WS xəbər verir ki, bu barədə insayder-jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində yazıb.

Mersisayd klubunun rəhbərliyi komandada nizam-intizamı qorumaq üçün bu məsələdə baş məşqçinin tərəfində dayanır.

Çempionlar Liqasında "İnter"lə matçın iştirak ərizəsində yer almamasına baxmayaraq, futbolçu növbəti oyun öncəsi məşqə çıxıb. Daha əvvəl misirli hücumçu komandadakı vəziyyətindən narazılığı fonunda Slotu kəskin tənqid etmişdi.

Cari mövsümdə futbolçu "Liverpul"un heyətində 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Salahın klubla qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Son xəbərlər