"Liverpul" Braziliya millisinin üzvünü transfer etmək istəyir
"Nottingem Forest"in müdafiəçisi Murilyo İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, "Liverpul" braziliyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mersisayd təmsilçisi Murilyonu yayda transfer etmək istəyir. Klubu 23 yaşlı mərkəz müdafiəçisini 70 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, "Nottingem Forest" Murilyonu 2023-cü ilin yayında "Korintians"dan 12 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə "qırmızılar"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 2 qol vurub.
Oxşar xəbərlər
Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatının B divizionunda ilk qrup qələbəsini qazanıb
Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda ikinci qrup oyununu Ukrayna seçməsinə qarşı keçirib. BAKU.WS "Re...