Lionel Messi tarixdə ən çox asist edən iki futbolçudan biri olub
24
noy
2025
10:10
ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən ulduz futbolçu Lionel Messi futbol tarixində ən çox məhsuldar ötürmə edən iki oyunçudan biri olub.
BAKU.WS xəbər verir ki, 38 yaşlı hücumçu MLS-in 1/4 final mərhələsinin cavab oyununda "Tsintsinnati" üzərindəki 4:0 hesablı qələbə zamanı daha bir asist edərək bu nailiyyətə imza atıb.
Argentinalı superulduz bununla da karyerasında 404-cü məhsuldar ötürməsini qeydə alıb və bu göstərici ilə əfsanəvi Ferents Puşkaşın rekorduna çatıb.
Qeyd edək ki, Messi həmin qarşılaşmada bir qol vurub və üç asist edib.
Oxşar xəbərlər
"Alufar IRONMAN 70.3 Baku" yarışı ilə əlaqədar Bakıda idman bayramı yaşanıb
Sentyabrın 5-də Bakıda keçirilən "Alufar IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı paytaxtda əsl idman bayramına çevrilib. BAKU.WS xəbər verir ki, "Alufar I...