Lamine Yamalın atasının paylaşımı İspaniyada gündəm oldu

"Barselona"nın və İspaniya millisinin gənc ulduzu Lamine Yamalın atası Mounir Nasraoui sosial mediada paylaşdığı mesajla İspaniyada müzakirələrə səbəb olub.
BAKU.WS xəbər verir ki, o, bəzi istifadəçilərin "oğlunun hesabına yaşadığını" yazmasına cavab olaraq ironik şəkildə belə deyib: "Çoxları soruşur ki, niyə işləmirsən, oğlunun hesabına yaşayırsan. Bəli, təşəkkürlər oğlum, sənin pulunla yaşayıram və buna görə minnətdaram."
Nasraoui əlavə edib ki, "başqalarının həyatına qarışmaq əvəzinə, insanların öz işləri ilə məşğul olması daha yaxşıdır".
Hadisə ilə bağlı sosial mediada böyük rezonans yaranıb. Daha sonra o, argentinalı futbolçu Serxio Agüero ilə də qarşılıqlı söz atışmasına girib. Agüero onunla bağlı "sıradan bir serseri" ifadəsini işlədib, Nasraoui isə buna "ürəyini yoxla, yoxsa yıxılıb ölə bilərsən" cavabını verib.
İspan mətbuatı yazır ki, Yamalın ailəsi son aylarda futbolçunun uğurları qədər sosial media paylaşımları ilə də diqqət çəkir.
Oxşar xəbərlər
Rövşən Nəcəf və Könül Mehdiyeva FIFA-nın Daimi Komitələrinə üzv seçiliblər
AFFA prezidenti Rövşən Nəcəf və vitse-prezident Könül Mehdiyeva FIFA-nın Daimi Komitələrinə üzv seçiliblər. BAKU.WS xəbər verir ki, bu barədə AFFA məlumat yayıb...
