Kurban Berdıyev "Turan Tovuz"da qərarını verdi: İki futbolçu yola salınır
"Turan Tovuz" növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.
BAKU.WS İdmanxeber.az-a istinadən xəbər verir ki, baş məşqçi Kurban Berdıyev bir neçə futbolçunu komandadan göndərmək istəyir. Bunlardan ikisi Xəyal Nəcəfovla Fərid Yusiflidir.
Təcrübəli mütəxəssis oyunçuların performansını yetərli görmür. Bu səbəbdən də onlar növbəti mövsümün planlarına daxil deyil.
Əgər futbolçular daha çox forma şansı qazanmaq istəyirlərsə, komandadan ayrılmalıdırlar. Hər iki futbolçunun klubla müqaviləsi davam etdiyi üçün onların birdəfəlik gedəcəyi çətin görünür.
Buna görə də rəhbərlik adıçəkilən futbolçuları icarəyə göndərmək niyyətindədir.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Sabah" - TNS oyununa 3000 bilet satılıb
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Sabah" - TNS oyununa indiyədək 3000 bilet satılıb. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan t...