Kriştiano Ronaldo MMA liqasını alıb

Kriştiano Ronaldo MMA liqasını alıb
İdman 12

40 yaşlı portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo İspaniyanın ən böyük MMA liqalarından biri olan WOW FC-nin (Way of Warrior) səhmdarına çevrilib.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı əvvəlcə promouşen, daha sonra isə futbolçu özü təsdiqləyib.

Ronaldo bildirib ki, WOW FC-nin daşıdığı disiplin, hörmət, dözümlülük və mükəmməlliyə can atmaq kimi dəyərlər onun şəxsi prinsipləri ilə üst-üstə düşür:

"WOW FC unikal və güclü bir layihə yaradır. Bu idmanı inkişaf etdirməyə və gələcək nəsli ilhamlandırmağa yardımçı olmaqdan qürur duyuram".

Ronaldo uzun illərdir MMA ilə maraqlanır, UFC turnirlərinə qatılır və bir çox döyüşçülərlə yaxın münasibət saxlayır. Buna görə də onun investisiyası mütəxəssislər tərəfindən məntiqli addım kimi qiymətləndirilir.

WOW FC 2019-cu ildə təsis olunub və əsasən Madrid, Barselona, Sevilya, Bilbao və digər şəhərlərdə turnirlər keçirir. Promouşen həm də UFC çempionu İliya Topuriyanın ortaq olduğu liqadır. Topuriya da 2024-cü ildə WOW FC-nin səhmdarı olmuşdu.

Liqada ispaniyalı döyüşçülər üstünlük təşkil etsə də, hazırda burada müxtəlif ölkələrdən idmançılar da çempion titullarına sahibdirlər. Mütəxəssislər hesab edirlər ki, Ronaldonun qoşulması WOW FC-nin beynəlxalq səviyyədə daha da böyüməsinə və UFC-yə potensial rəqibə çevrilməsinə təkan verə bilər.

Son xəbərlər