Koxalski Çempionlar Liqasının ən yaxşı üç qapıçısı sırasında
19
fev
2026
10:36
"Qarabağ" Futbol Klubunun qapıçısı Mateuş Koxalski indiyədək UEFA Çempionlar Liqasında ən çox qurtarış edən üçüncü qapıçıdır.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, polşalı qolkiper turnirin Liqa və pley-off mərhələlərində 40 seyvlə yadda qalıb.
Norveçin "Budyo Qlimt" komandasından Nikita Haikin (52) birinci, İspaniya təmsilçisi "Real"dan Tibo Kurtua (44) ikinci sıradadır.
Qeyd edək ki, "Qarabağ" ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İngiltərənin "Nyukasl" komandasına uduzub - 1:6.
Oxşar xəbərlər
Elvin Cəfərquliyev: Paltardəyişmə otağında uşaqlarla danışdıq ki, belə oynamaq olmaz
Oyun haqqında çox danışmağa ehtiyac yoxdur. Rəqibin gücü hər kəsə bəlli idi. Bir daha gördük ki, Çempionlar Liqası böyük turnirdir. BAKU.WS xəbər verir ki, bu s...