Kosta Rika minifutbol millisinin kapitanı: "Bakını gəzmək şansımız oldu, şəhəriniz çox gözəldir"
Kosta Rika millisinin üzvləri Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı ilə erkən vidalaşdıqları üçün məyus olublar.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında komandanın kapitanı Joze Morales deyib.
O, buraxdıqları səhvlərin üzərində çalışacaqlarını bildirib:
"Məyusuq. Amma öz üzərimizdə işləməyə davam edəcəyik. Rəqiblərimiz də zəif deyildi. Turnirdə mübarizəni davam etdirən digər yığmalara uğurlar arzulayıram".
O, Bakıdakı mundialın təşkilatçılarına təşəkkür edib:
"Belə yarış üçün ölkənizə minnətdaram. Hər şey mükəmməldir. Az da olsa, Bakını gəzmək şansımız oldu, şəhəriniz də çox gözəldir".
Qeyd edək ki, Kosta Rika millisi bu gün E qrupunun matçında Tailanda 1:4 hesabı ilə uduzub. Əvvəlki iki oyunda da məğlub olan Mərkəzi Amerika təmsilçisi mübarizəni dayandırıb.
Oxşar xəbərlər
Gəncə İdman Sarayında yeni cüdo zalı fəaliyyətə başlayıb
Gəncə İdman Sarayında yeni cüdo zalı fəaliyyətə başlayıb. Bu barədə BAKU.WS-ə Azərbaycan Cüdo Federasiyasından (ACF) məlumat verilib. Tədbirdə ACF-nin icraçı vi...