Kikboksçumuz Ceyran Əkbərova Tailandda 2-ci döyüşünü də qələbə ilə başa vurdu

Kikboksçumuz Ceyran Əkbərova Tailandda 2-ci döyüşünü də qələbə ilə başa vurdu
Foto
İdman 93

Tailandın Puket şəhərində muay tay üzrə "Patonq" peşəkar liqası keçirilir.

BAKU.WS xəbər verir ki, yarışda qadın kikboks millimizin üzvü, "Qara almaz" ləqəbli Ceyran Əkbərova (52 kq çəki dərəcəsi) təmsil edir. Həmyerlimiz artıq 2 döyüş keçirib və hər 2 qarşılaşmada qələbə qazanıb.

Belə ki, ilk görüş 3-cü raundda nokautla nəticələnib. Hər qarşılaşma 5 raunddan ibarətdir. Ceyran Əkbərovanın şəxsi məşqçisi Pərvin Hüseynovun sözlərinə görə, rəqiblər yerli idmançılar olublar.

Avropa çempionatının mükafatçısı olan Ceyran Əkbərova mayın 1-dən dünya çempionatına hazırlıq məqsədi ilə Tailandda təlim-məşq toplanışındadır. Qeyd edək ki, Dünya Çempionatı noyabrda Dubayda keçiriləcək.

Oxşar xəbərlər

DÇ-2026: Azərbaycan səfərdə Ukrayna millisinə məğlub olub

DÇ-2026: Azərbaycan səfərdə Ukrayna millisinə məğlub olub

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Ukrayna ilə qarşılaşıb. Krakovdakı "Krakoviya" stadionunda keçirilən matç rəqib komandanın 2:...

189 İdman 00:40 14 oktyabr 2025

Son xəbərlər