Kerem Aktürkoğlu zirvəyə yüksəldi
Milli futbolçu Kerem Aktürkoğlu FIFA Klub Dünya Çempionatında tarixi nailiyyətə imza atıb.
BAKU.WS xəbər verir ki, Portuqaliyanın "Benfika" klubunda çıxış edən Kerem Aktürkoğlu turnirdə ən çox oyun keçirən futbolçu olub. Bu barədə məlumatı Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FIFPRO) sosial şəbəkə hesabı vasitəsilə yayıb.
26 yaşlı hücumçu bu mövsüm ərzində ardıcıl olaraq 55 matçda forma geyinərək Real Madrid-in ulduzu Luka Modriç və "Barselona"nın müdafiəçisi Jül Kunde kimi tanınmış futbolçuları geridə qoyub.
Kerem Aktürkoğlu ötən ilin sentyabr ayında "Qalatasaray"dan "Benfika"ya 12 milyon avroya transfer olunub. Mövsüm ərzində 16 qol və 14 assistlə komandasının uğurunda böyük rol oynayıb.
FIFPRO-nun məlumatına görə, Real Madriddən Luka Modriç 54 oyunla ikinci, "Seltik"in qapıçısı Kasper Şmeyxel də 54 matçla üçüncü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Rumıniya milli komandasının sabiq baş məşqçisi Mirça Luçesku vəfat edib
Futbol üzrə Rumıniya milli komandasının sabiq baş məşqçisi Mirça Luçesku 80 yaşında ürək tutmasından vəfat edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu...