Karlo Ançelottinin oğlu "Lill" klubunun baş məşqçisi təyin edildi

Karlo Ançelottinin oğlu Lill klubunun baş məşqçisi təyin edildi
İdman 12

Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu David Ançelotti Fransanın "Lill" klubunun yeni baş məşqçisi təyin olunub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı italiyalı mütəxəssis klubla iki illik müqavilə imzalayıb və bununla da məşqçilik karyerasında ilk dəfə olaraq əsas komandanın baş məşqçisi vəzifəsini icra edəcək.

David Ançelotti indiyədək atasının rəhbərlik etdiyi bir sıra nüfuzlu klublarda və milli komandalarda məşqçilər korpusunun üzvü kimi çalışıb. O, peşəkar fəaliyyəti ərzində Avropanın ən yüksək səviyyəli futbol mühitində təcrübə qazanaraq özünü perspektivli gənc mütəxəssislərdən biri kimi təsdiqləyib.

Təyinatından sonra David Ançelotti klubun rəsmi saytına açıqlamasında yeni vəzifəsindən qürur duyduğunu bildirib:

"Bu gün burada olmaq mənim üçün böyük qürur mənbəyidir. Çox xoşbəxtəm və mənə göstərilən etimada görə klub prezidenti Olivye Letanqa təşəkkür edirəm. Aramızda çoxlu söhbətlər oldu və mən ortaq baxışların, ideyaların və dəyərlərin mövcudluğunu hiss etdim".

Qeyd edək ki, "Lill" 2025/2026 mövsümünü Fransa Liqa 1-də üçüncü pillədə başa vurub. Uğurlu mövsüm keçirən komanda bununla UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün əsas mərhələsinə vəsiqə qazanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər