Jordi Alba niyə həmişə Messiyə ötürmə etdiyini açıqlayıb - Bu eqoistlikdir
"İnter Mayami"nin müdafiəçisi Jordi Alba komanda yoldaşı Lionel Messi ilə münasibətlərindən danışıb.
BAKU.WS xəbər verir ki, o, bu barədə "Offsiders" nəşrinə açıqlamasında deyib.
"Leoya ötürmə edirəm, çünki onun qol vuracağını bilirəm. Həm də eqoistlikdir - belə olanda mənə asist yazılacağını bilirəm," Alba deyin.
Qeyd edək ki, ötən mövsüm Messi bütün turnirlərdə klubunda 22 oyun keçirib, 21 qol vurub və 18 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin qışına qədərdir.
Transfermarkt internet portalında verilən məlumata görə, 37 yaşlı futbolçunun bazar dəyəri 20 milyon avrodur.
Alba ötən mövsüm "İnter Mayami"nin heyətində 35 oyunda 5 qol vurub və 14 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
"Formula-1": Qasli İtaliya Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu
Fransalı pilot, "Alpine" komandasının üzvü Pyer Qasli 2026-cı il "Formula-1" dünya çempionatının 13-cü mərhələsi olan İtaliya Qran-prisinin təsnifat mərhələsini...