İspaniya çempionatının 2024/2025 mövsümünün ən yaxşı oyunçusu o oldu
"Barselona"nın hücumçusu Rafinya İspaniya çempionatında ötən mövsümün ən yaxşı oyunçusu seçilib.
BAKU.WS xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.
Braziliyalı futbolçu 36 matçda iştirak edib, 18 qol vurub, 9 məhsuldar ötürmə edib.
Müvafiq səsvermədə Rafinya komanda yoldaşları Lamine Yamal, Robert Levandovski və Pedrini, "Real Madrid"in oyunçuları Kilian Mbappe, Vinisius Junior və Jude Bellinqhemi, həmçinin "Betis"in yarımmüdafiəçisi İsko və "Atletik"in yarımmüdafiəçisi Oyan Sunseti qabaqlayıb.
Qeyd edək ki, 28 yaşlı hücumçu 2022-ci ilin yayından "Barselona"da çıxış edir. Transfermarkt portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.
Oxşar xəbərlər
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
Dünyanın 189 ölkəsindən gənc futbolçuların qatılacağı bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq. BAKU.WS xəbər verir ki, bu barədə AFFA prezidenti...