İspaniya çempionatında sürpriz nəticə: Madrid "Real"ı xal itirdi
İspaniya La Liqasının 30-cu turunda gözlənilməz nəticə qeydə alınıb.
BAKU.WS xəbər verir ki, "Real Madrid" səfərdə "Mallorca" ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.
Bununla da "kral klubu" son altı oyunun üçündə məğlubiyyətlə üzləşib. Komanda bundan əvvəl "Osasuna" (1:2) və "Getafe" (0:1) ilə oyunlarda da xal itirmişdi.
Hazırda turnir cədvəlində "Real Madrid" 30 turdan sonra topladığı 69 xalla ikinci pillədə qərarlaşıb. "Mallorca" isə bu qələbə sayəsində təhlükəli zonadan uzaqlaşaraq 31 xalla 15-ci yerə yüksəlib.
Növbəti turda Madrid təmsilçisi doğma meydanda "Girona" ilə qarşılaşacaq. "Mallorca" isə səfərdə "Rayo Vallecano" ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
Zidandan Fransa millisində böyük dəyişiklik: Mbappeyə yeni rol
Zidan Fransada yeni qaydalar tətbiq edir: Mbappe üçün fərqli rol, heyətdə böyük dəyişiklik 2026-cı il dünya çempionatından sonra Fransa millisində baş məşqçi də...