İslamiadadan qayıdan stolüstü tennisçilərimiz təntənə ilə qarşılandı
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edən stolüstü tennisçilər Vətənə qayıdıblar.
Seçmə komandamızın üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Stolüstü Tennis Federasiyasının nümayəndələri, media mənsubları və idmançıların doğmaları qarşılayıblar.
Qeyd edək ki, stolüstü tennisçilər Ər-Riyad sınaqlarını iki bürünc mükafatla başa vurublar. Adil Əhmədzadə ilə Mərziyyə Nurmətova qarışıq qoşa növündə, Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət seçmə isə komanda yarışlarında fəxri kürsunün üçüncü pilləsində yer alıb.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Avropa çempionatı: Finala yüksələn Hidayət Heydərov ən azı gümüş medalı təmin edib
Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında finala yüksəlib. BAKU.WS report-a istinadən xəbər verir ki, 7...