İslamiadada qızıl medal qazanan Jalə Əliyeva: "Yarışa çox ciddi hazırlaşmışdım, finalda qalib gəlmək çox sevindiricidir"
"Finalda qalib gəlmək çox sevindiricidir".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan güləşçisi Jalə Əliyeva jurnalistlərə açıqlamasında deyib.
57 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı yarışa ciddi hazırlaşdığını bildirib:
"Yarışa çox ciddi hazırlaşmışdım. Mənə dəstək olan azarkeşlərə, Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm. Çempionluğumda əməyi olan məşqçilərimə də minnətdarlığımı çatdırıram. Bu il 2 dəfə ağır zədə almışıdm. Ona görə tam istədiyim kimi çıxış edə bilmirdim. Bununla belə, sonda qalib gələn tərəf oldum. Final görüşüm çox çətin keçdi".
Qeyd edək ki, Jalə Əliyeva həlledici görüşdə Türkiyə təmsilçisi Elvira Süleymana 6:2 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
Azərbaycan Yüksək Liqası: "Abşeron" və "DH Volley" kollektivləri qələbə qazanıb
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tura start verilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş...