İslamiadada çıxış edən Azərbaycan idmançıları Vətənə dönüblər
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edən Azərbaycan idmançıları Vətənə dönüblər.
BAKU.WS xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər və idmançıların yaxınları iştirak ediblər.
Azərbaycan komandası Oyunları ümumilikdə 59 medalla başa vurub. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub. İlk sırada Türkiyə qərarlaşıb. Özbəkistan ikinci, İran üçüncü olub.
Yarışlarda ümumilikdə 57 ölkədən idmançılar mübarizə aparıblar.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Elşad Quliyev...