İslamiada: Sonuncu gündə Azərbaycan idmançıları üç növdə çıxış edəcəklər
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının sonuncu günündə Azərbaycan idmançıları üç növdə çıxış edəcəklər.
BAKU.WS report-a istinadən xəbər verir ki, ciu-citsuda Əmirxan Quluzadə (77 kq) və Maqsudxan Quluzadə (62 kq) uğur qazanmağa çalışacaqlar.
Parapauerliftinqdə Zəhra Dadaşova (61 kq) və Ceyhun Mahmudov (59 kq) mübarizə aparacaqlar.
Sərbəst güləşçilərdən Ağanəzər Novruzov (74 kq), Arseniy Djioyev (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaqlar.
Qeyd edək ki, İslamiada bu gün başa çatacaq. Azərbaycan 55 mükafatla (8 qızıl, 18 bürünc, 29 bürünc) medal sıralamasında 10-cu pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Sabah" - "KuPS" oyununda hesab açıldı
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Sabah" "KuPS"a (Finlandiya) qalib gəlib. BAKU.WS xəbər verir ki, Masazırdakı "Bank Respublika A...