İslamiada: Azərbaycanın 3x3 basketbol millisi mübarizəyə başlayır
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında bu gün mübarizəyə başlayacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, yığma qrup mərhələsində iki oyun keçirəcək.
Komanda Bakı vaxtı ilə saat 18:00-da meydan sahibləri ilə üz-üzə gələcək. Növbəti görüş isə 22:10-da Türkiyə yığmasına qarşı olacaq.
Həndbol üzrə Azərbaycan millisi Qazaxıstan kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Qrup matçı Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Taekvondoçulardan Nərgiz Kazımova (63 kq), Riyad Şirəliyev (67 kq) və Eltac Qafarov (+83 kq) dayanq üzərinə çıxacaqlar.
Paraatlet Samir Nəbiyev (F57) nüvə atma, atlet Yekaterina Sarıyeva üçtəkanla tullanmada bacarığını göstərməyə çalışacaq.
Qılıncoynatmanın şpaqa növündə Ruslan Həsənov, Vahab Fətullayev, sablya növündə Palina Kaspiaroviç və Səbinə Kərimova mübarizə aparacaqlar.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 42 mükafatla (5 qızıl, 14 gümüş, 23 bürünc) medal sıralamasında 9-cu pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Elşad Quliyev...