İslamiada: Azərbaycan idmançıları iki bürünc medal qazandılar
16
noy
2025
19:41
Azərbaycanın iki idmançısı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıblar.
BAKU.WS xəbər verir ki, uşu-sandada Elçin Eminov 60 kq çəki dərəcəsində bürünc mükafata sahib çıxıb.
Bundan başqa, taekvondoçumuz Qaşım Maqomedov 60 kq çəki dərəcəsində üçüncü yerə çıxıb.
Xatırladaq ki, Q.Maqomedov 2024-cü il Yay Olimpiya Oyunlarında gümüş medal qazanmışdı.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
Oxşar xəbərlər
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
Bakıda təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Nikaraqua milli komandası Azərbaycana gəlib. BAKU.WS AFFA-ya istinadən xəbər ve...