İslam Maxaçev: Mən vətənpərvərəm, ölkəmi sevirəm

İslam Maxaçev: Mən vətənpərvərəm, ölkəmi sevirəm
Video
İdman 36

UFC döyüşçüsü İslam Maxaçev gələcək planlarının yalnız Rusiya ilə bağlı olduğunu bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə UFC çempionu jurnalist Murad Aliskerovun YouTube kanalında ydanışıb.

Maxaçev qeyd edib ki, vətəninə bağlıdır və hər zaman Rusiyaya daha tez qayıtmağa çalışır:

"Mən vətənpərvərəm, ölkəmi sevirəm. Həmişə mümkün qədər tez geri qayıtmağın yolunu axtarıram. Valideynlərim, ailəm, yaxınlarım – hamısı buradadır. Ən yaxın dostlarımın böyük hissəsi də burada yaşayır. Mənim üçün yaxın insanlar hər şeydən önəmlidir. Gələcəyimi düşünür və planlarımı doğma torpağımda qururam", – deyə o bildirib.

34 yaşlı Maxaçev UFC-də keçirdiyi 29 döyüşün 28-də qələbə qazanıb. O, daha əvvəl təşkilatın yüngül çəki dərəcəsində çempionu olub. Hazırda isə UFC-nin çəki dərəcələrindən asılı olmayaraq tərtib edilən ümumi reytinqinə başçılıq edir.

Bundan əvvəl Maxaçev növbəti döyüşünün tarixini də açıqlamışdı. Rusiyalı idmançının sözlərinə görə, onun oktaqona qayıdışı avqust ayında baş tutacaq.

"Rəqibimlə bağlı hələ yüz faiz əminlik yoxdur. Amma artıq kifayət qədər yaxşı formadayam", – deyə idmançı vurğulayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər