"İnter Mayami" Lionel Messinin durumu ilə bağlı açıqlama yayıb
ABŞ-nin "İnter Mayami" klubu komandanın ulduz futbolçusu Lionel Messinin sağlamlıq durumu barədə rəsmi məlumat yayıb.
BAKU.WS klubun rəsmi açıqlamasına istinadən xəbər verir ki, bazar ertəsi aparılan əlavə tibbi müayinələrdən sonra Messidə sol ayağın arxa bud əzələsində yorğunluqdan yaranan yüklənmə aşkarlanıb.
"Futbolçunun məşqlərə və oyunlara qayıdış müddəti onun kliniki və funksional bərpa prosesindən asılı olacaq", - deyə klubun yaydığı bəyanatda qeyd olunub.
Xatırladaq ki, argentinalı hücumçu MLS çərçivəsində "Filadelfiya Union"a qarşı keçirilən və 6:4 hesabı ilə başa çatan dramatik oyunda 73-cü dəqiqədə əvəzlənmişdi.
Matç olduqca gərgin və məhsuldar keçib. Görüşdə Luis Suares het-triklə yadda qalıb, Rodrigo De Paul isə əlavə olunmuş dəqiqələrdə komandasının son qolunu vurub.
Daha əvvəl Lionel Messinin Argentina millisinin 2026-cı il dünya çempionatı üçün geniş heyətinə daxil edildiyi açıqlanmışdı.
Oxşar xəbərlər
Əfran İsmayılova yeni vəzifə verildi
Azərbaycan milli komandasının sabiq futbolçusu Əfran İsmayılov "Şəfa" klubunun vitse-prezidenti vəzifəsinə təyin edilib. BAKU.WS xəbər verir ki, bu barədə klubu...