İngiltərə Premyer Liqasını tərk edəcək son komanda bəlli oldu
İngiltərə Premyer Liqası (İPL) tarixində ilk dəfə olaraq aşağı liqaya düşəcək hər üç komanda finişə dörd tur qalmış müəyyənləşib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 34-cü turda "Nyukasl"a məğlub olan "İpsviç" (0:3) İPL-də qalmaq şansını itirən üçüncü komanda olub.
İndiyə qədər turnir tarixində heç vaxt aşağı liqaya düşəcək hər üç komanda bu qədər erkən müəyyənləşməyib.
Xatırladaq ki, "Lester" aprelin 20-də 33-cü turun matçında "Liverpul"a uduzaraq (0:1) elit liqada qalmaq üçün riyazi şanslarını itirib. "Sauthempton" 31-ci turda "Tottenhem"ə uduzaraq (1:3) Premyer Liqa ilə vidalaşıb.
Qeyd edək ki, aşağı liqaya düşən hər üç komanda ötən mövsümün yekunlarına görə Çempionşipdən Premyer Liqaya yüksəlmişdi.
Oxşar xəbərlər
"Qalatasaray"ın futbolçusu 105 gündən sonra azadlığa buraxılıb
Futbolda mərc və oyun alqı-satqısı ilə bağlı istintaq çərçivəsində həbs edilən Metehan Baltacı 105 gün sonra azadlığa buraxılıb. BAKU.Ws-in Hürriyet qəzetinə is...