İngiltərə Premyer Liqasında yanvarın ən yaxşı baş məşqçisi bəlli olub
07
fev
2025
19:01
İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi bəlli olub.
"Report" xəbər verir ki, bu ada "Bornmut"un "sükanı arxasında" olan Andoni İraola layiq görülüb.
Mütəxəssis azarkeşlərin səsverməsinə əsasən Pep Qvardiola ("Mançester Siti"), Mikel Arteta ("Arsenal") və Eddi Hounu ("Nyukasl") qabaqlayıb.
Qeyd edək ki, "Bornmut" ötən ay İraolanın rəhbərliyi altında 4 matçda 3 qələbə qazanıb, 1 heç-heçəyə imza atıb. Komanda Premyer Liqada 40 xalla yeddinci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
Prezident İlham Əliyevin cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakı Azərbaycan idmanına göstərilən yüksək diqqət və qayğının, ölkədə cüdoya veril...