İnfantino Dünya çempionatındakı "su fasilələri" ilə bağlı danışdı
Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatında tətbiq olunan "su fasilələri" ilə bağlı açıqlama verib.
BAKU.WS xəbər verir ki, İnfantino bildirib ki, bu qərarın əsas səbəbi isti hava şəraitidir.
Onun sözlərinə görə, 39 gün davam edən Dünya çempionatında komandalar bu müddət ərzində səkkizədək oyun keçirə bilər və belə sıx qrafikdə futbolçuların qısa istirahət imkanı əldə etməsi vacibdir.
"Bizim üçün daha vacib olan məsələ bütün komandaların hər matçda eyni şərtlər altında çıxış etməsini təmin etməkdir. Bir oyunda havanın daha isti olması səbəbindən məşqçinin əlavə taktiki düzəliş etmək imkanı qazanması, digər oyunda isə belə imkanın olmaması ədalətli deyil. Məhz buna görə fasilələr bütün matçlarda tətbiq olunur", – deyə FIFA prezidenti vurğulayıb.
İnfantino qeyd edib ki, bu qərarın maliyyə məqsədi yoxdur:
"FIFA bu fasilələrdən əlavə gəlir əldə etmir. Bütün kommersiya müqavilələri əvvəlcədən imzalanıb. Bu, bizim üçün maliyyə deyil, sırf idman məsələsidir".
FIFA rəhbəri hesab edir ki, qısa fasilələr futbolçuların son dəqiqələrə qədər yüksək intensivlikdə oynamasına da müsbət təsir göstərə bilər.
Qeyd edək ki, 2026-cı il dünya çempionatında "su fasilələri" hər oyunun 22-ci və 67-ci dəqiqələrində keçirilir. Hər fasilə üç dəqiqə davam edir və sərf olunan vaxt oyunun sonuna əlavə olunur. Bu praktika dünya çempionatları tarixində ilk dəfə tətbiq edilir.
Oxşar xəbərlər
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
Xankəndi şəhərində yerləşən Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə yeni cüdo zalı fəaliyyətə başlayıb. BAKU.WS Azərbaycan Cüdo Federasiyasına istinadən...