İkiqat "Qızıl top" mükafatçısı Kevin Kiqan vəfat edib
İngiltərə millisinin sabiq futbolçusu, ikiqat "Qızıl top" mükafatçısı Kevin Kiqan vəfat edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
Bildirilib ki, Kiqan 76 yaşında dünyasını dəyişib. O, iyunun 1-də "BBC Sport" telekanalına açıqlamasında dördüncü mərhələ xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı.
Keçmiş futbolçu və məşqçi ömrünün son anlarını həyat yoldaşı və qızlarının əhatəsində keçirib.
Kevin Kiqan futbolçu karyerası ərzində İngiltərənin "Liverpul", "Nyukasl" və "Sauthempton", Almaniyanın "Hamburq", eləcə də Avstraliyanın "Blektaun Siti" klublarında çıxış edib. O, "Liverpul"un heyətində üç dəfə İngiltərə çempionu, iki dəfə İngiltərə Superkuboku və UEFA Kubokunun qalibi olub, həmçinin İngiltərə Kuboku və Avropa Çempionlar Kubokunu qazanıb. "Hamburq"un heyətində isə Almaniya çempionluğu və ölkə kubokunu əldə edib.
Kiqan 1978 və 1979-cu illərdə "Qızıl top" mükafatına layiq görülüb və bu mükafatı iki dəfə qazanan yeganə ingilis futbolçu kimi tarixə düşüb. O, 2002-ci ildə İngiltərə Futbol Şöhrət Zalına qəbul edilib.
Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan Kiqan "Nyukasl", "Fulhem" və "Mançester Siti" klublarını, həmçinin İngiltərə milli komandasını çalışdırıb.
Oxşar xəbərlər
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi Bolqarıstan çempionatına heç-heçə ilə başlayıb
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi ÇSKA (Sofiya) Bolqarıstan çempionatında 2026/2027 mövsümünə heç-heçə ilə start verib. BAKU.W...