İki qadın güləşçimiz dünya çempionatında gümüş medal qazanıb

İki qadın güləşçimiz dünya çempionatında gümüş medal qazanıb
İdman 6

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatı davam edir.

BAKU.WS xəbər verir ki, altıncı yarış günündə qadın güləşində 57, 59 və 68 kq-da, sərbəst güləşdə isə 61 və 86 kq-da medalçılar müəyyənləşib.

Günay Qurbanova (57 kq) finalda yaponiyalı Konami Ono ilə qarşılaşıb. İlk hissəni öndə başa vuran həmyerlimiz fasilədən sonra rəqibin hücumlarının qarşısını ala bilməyib - 6:16. Beləcə Günay dünya ikincisi olub.

Ruzanna Məmmədova (59 kq) da həlledici görüşdə Yaponiya təmsilçisi ilə üz-üzə gəlib. Sae Noquçi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Yekunda rəqibinə 1:3 hesabı ilə məğlub olan Ruzanna gümüş medalı boynundan asıb.

Camal Abbasov (61 kq) isə təsəlliverici görüşdə iranlı Ənvər Fərhad Xatəriyə uduzub - 5:11.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər