Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb
08
noy
2025
21:40
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, finalda özbəkistanlı Şakram Ahadovla qarşılaşıb.
Rəqibini məğlub edən Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, H.Heydərov 2017-ci ildə Bakıda təşkil edilən İslamiadanın da qalibi olmuşdu.
Qalereya
Oxşar xəbərlər
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
Bakıda təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Nikaraqua milli komandası Azərbaycana gəlib. BAKU.WS AFFA-ya istinadən xəbər ve...