Hacı Əliyev: "Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm"
Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına 1 həftə qalır.
BAKU.WS xəbər verir ki, Mili Gimnastika Arenasında təşkil ediləcək mundialın son günlərində sərbəst güləşçilər mübarizə aparacaq. Milli komandanın böyük məşqçisi Hacı Əliyev komandanın məsul yarışa hazırlığını dəyərləndirib:
"Komandamız indiyədək çoxlu təlim-məşq toplanışı keçib. Bura həm fiziki, həm də taktiki-texniki çalışmalar daxildir. Güləşçilər verilən tapşırıqları layiqincə yerinə yetiriblər. Ümid edirəm ki, bundan sonra da belə davam edəcək. Komandanın ümumi vəziyyəti çox yaxşıdır. Heyətdə Avropa çempionatının qalib və mükafatçıları yer alıb. Yaxşı hazırlıq keçmişik. Dünya çempionatında da uğurlu çıxış edəcəyimizə inanıram. Düzdür, bir neçə güləşçimizdə yüngül zədələr var. Bunun güləşçilərimizin qarşısını alacağını düşünmürəm. Dünya çempionatında yüksək rəqabət olur. Ona görə proqnoz vermək çətindir. Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm".
Oxşar xəbərlər
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi Bolqarıstan çempionatına heç-heçə ilə başlayıb
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi ÇSKA (Sofiya) Bolqarıstan çempionatında 2026/2027 mövsümünə heç-heçə ilə start verib. BAKU.W...