Güləşçi Ömər Salmanov dünya çempionatında Azərbaycana ilk medalı qazandırıb
28
iyl
2026
18:41
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan idmançı üçüncü yer uğrunda qarşılaşmada gürcüstanlı Giorgi Çxikvadzeyə qalib gələrək (7:1) Azərbaycana mundialdakı ilk medalı qazandırıb.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Oxşar xəbərlər
Avropanın TOP-5 liqasında mövsümün sürpriz bombardirləri
Avropanın beş aparıcı futbol çempionatında mövsümün ilk bölümünün nəticələri maraqlı mənzərə ortaya qoyub. BAKU.WS xəbər verir ki, ənənəvi qolçularla yanaşı, b...