Güləş üzrə 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək
14
sen
2025
11:03
17 yaşadək güləşçilər arasında 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Amman (İordaniya) və Brasovun (Rumıniya) da namizəd olduğu yarışın təşkilatçılığı Bakıya həvalə edilib.
Dünyanın ən güclü yeniyetmə güləşçiləri gələn il 27 iyul - 2 avqustda Milli Gimnastika Arenasında müəyyənləşəcək.
Xatırladaq ki, analoji yarış 2012-ci ildə də Bakıda keçirilib.
Oxşar xəbərlər
Sergen Yalçın Türkiyə millisinin sükanı arxasına keçdi
Türkiyə milli futbol komandasının yeni baş məşqçisi Sergen Yalçın olub. BAKU.WS xəbər verir ki, 53 yaşlı mütəxəssislə 4 illik müqavilə üzrə razılıq əldə edilib....