Gülay Orucova İtaliyada bürünc medal qazanıb
13
okt
2024
10:06
Azərbaycan karateçisi Gülay Orucova (59 kq) İtaliyanın Venesiya şəhərində Dünya Karate Federasiyasının (WKF) yeniyetmə və gənclər arasında keçirilən 13-cü dünya çempionatında bürünc medal qazanıb.
BAKU.WS Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli üzvü yarışın son günüdə Yaponiya karateçisi İnada Naonu məğlub edərək üçüncü yeri tutub.
Qeyd edək ki, turnir 9-13 oktyabrda baş tutub. Karateçinin şəxsi məşqçisi Sənan Cəfərov, yeniyetmə və gənclərdən ibarət karate yığmamızın məşqçisi isə Anar Allahverdiyevdir.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir
UEFA Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanacaq daha 4 komanda bu gün müəyyənləşəcək. BAKU.WS report-a istinadən xəbər verir ki, 1/8 final mərhələsinin ca...