"Formula-1" üzrə Yaponiya Qran-prisi: Sıralanma turunun qalibi bəlli oldu
"Formula-1" üzrə Yaponiya Qran-prisində sıralanma turunun qalibi müəyyənləşib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, əfsanəvi Suzuka avtodromunda baş tutan sessiyada ən yaxşı nəticəni "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen göstərib.
Bununla Maks gündoğan ölkədə ardıcıl 4-cü dəfə pouldan start almaq hüququ qazanıb. "Red Bull" bolidində çalışan "Honda"nın ev meydanında niderlandlı sürücü karyerasında 41-ci dəfə poul qazanıb - sonuncu dəfə Maks keçən il "Red Bull"un evində, Avstriyada pouldan start almışdı.
Maks həlledici dövrəsində həftəsonunun favoritləri hesab olunan "Maklaren" komandasının sürücülərini çox cüzi fərqlə üstələyib - Lando Norris liderə cəmi 0.012 saniyə, Oskar Piastri isə 0.044 saniyə uduzublar.
Qeyd edək ki, Yaponiya Qran-prisində əsas yarış sabah, Bakı vaxtı ilə saat 9:00-da start götürəcək.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqasında XIII tur başa çatıb
Azərbaycan Basketbol Liqasında XIII tura yekun vurulub. BAKU.WS xəbər verir ki, turun son matçı NTD və "Abşeron Lions" arasında keçirilib. Bakı İdman Sarayında...