"Formula 1" üzrə Azərbaycan Qran-prisinin kuboku "Odlar Yurdu"na həsr olunub
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin kuboku "Odlar Yurdu"na həsr olunub.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, yarışın qaliblərinə təqdim olunacaq kubok yenilənmiş dizaynı ilə diqqət çəkir.
Dünyaca məşhur dizayn şirkəti "Pininfarina" tərəfindən hazırlanan rəsmi mükafat Azərbaycanın "Odlar Yurdu" kimi tanınmasına simvolizə edir.
Kubokun əsas özəlliyi onun alov təsiri yaradan formasıdır. Yan tərəflərində isə Azərbaycanın zəngin xalçaçılıq ənənələrindən ilhamlanan naxışlar həkk olunub. "Xan Qarabağ" motivindən götürülmüş bu elementlər sürət, hərəkət və dövrəni təcəssüm etdirərək, "Formula 1"in dinamik ruhunu milli irslə birləşdirir.
Qeyd edək ki, kubok son yarış günündə qaliblərə təqdim olunacaq. Bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
Oxşar xəbərlər
ABŞ İran millisinin bəzi nümayəndələrinə viza vermədi
İran milli futbol komandasının nümayəndə heyətinin bir hissəsi 2026-cı il dünya çempionatı öncəsi ABŞ vizası ala bilməyib. BAKU.WS Oxu.Az-a istinadən xəbər veri...