Azərbaycan Qran-prisi: "Formula-1"də sərbəst yürüşlər başa çatıb

Azərbaycan Qran-prisi: Formula-1də sərbəst yürüşlər başa çatıb
İdman 132

"Formula-1" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüşlər başa çatıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, günün ilk sessiyasında - üçüncü sərbəst yürüşlərdə "Mercedes" piloti Corc Rassel birinci olub. Britaniyalı sürücü "Ferrari"dən Şarl Lekleri cəmi 0.013 saniyə qabaqlaya bilib. İlk üçlüyü tamamlayan "McLaren"in sürücüsü Lando Norris isə liderə 0.223 saniyə uduzub.

Qeyd edək ki, bu gün Azərbaycan Qran-prisində saat 14:15-də "Formula-2" sürücüləri sprint (qısa) yarışda qalibi müəyyən edəcəklər.

Günün son sessiyasında isə sıralanma turunda "Formula-1" sürücüləri saat 16:00-da poul uğrunda mübarizəyə başlayacaqlar.

Azərbaycan Qran-prisi isə sentyabrın 15-də başa çatacaq.

***12:58

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin üçüncü sərbəst yürüşünün 14-cü dəqiqəsində "Alpin" komandasının fransalı pilotu Estaban Okon bolidindəki texniki nasazlığa görə Neftçilər prospektində dayanmalı olub..

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, pilotun dayandığı yer təhlükəli, onun təxliyəsi isə uzunmüddəli olduğu üçün marşallar qırmızı bayraqları dalğalandırmağa başlayıblar və sessiya dayandırılıb.

Qeyd edək ki, Esteban Okon 16-cı döngədə mühərrikin gücünün itdiyi barədə komandasına məlumat verib.

10 dəqiqəlik fasilədən sonra qırmızı bayraqlar yaşıl bayraqlarla əvəz olunub və sessiya davam edib.

***

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, mübarizəyə saat 12:30-da start verilib.

Ötən gün ilk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen, ikinci sınaq yürüşündə isə "Ferrari" sürücüsü Şarl Lekler ən yaxşı nəticəni göstəriblər.

Bu gün "Formula 2"də sprint yarışı və birinci dərəcələri pilotların sıralama turu da gerçəkləşəcək.

Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.

***09:00

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, ilk olaraq pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.

Ardınca "Formula 2"də sprint yarışı keçiriləcək.

Günün sonunda isə birinci dərəcəli sürücülər sıralama turuna qatılacaqlar.

Azərbaycan Qran-prisi: İkinci günün proqramı

14 sentyabr

12:30. "Formula 1": Üçüncü sərbəst yürüş

14:15. "Formula 2": Sprint yarışı

16:00. "Formula 1": Sıralama turu

Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.

Son xəbərlər