Fiziyev Geytjidən qısasını ala biləcəkmi?

Azərbaycanlı yüngül çəkili döyüşçü Rafael Fiziyev amerikalı Castin Qeytji ilə yenidən qarşılaşacaq.
BAKU.WS-in məlumatına görə, həmyerlimizin döyüşü UFC 313 turniri çərçivəsində 9 mart tarixində ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək və turnirin ikinci əsas qarşılaşması olacaq.
Bununla bağlı UFC turnirin əsas iştirakçılarının yer aldığı rəsmi posteri də yayımlayıb.
Qeyd edək ki, ilkin olaraq Geyci Yeni Zelandiyalı Dən Huker ilə döyüşməli idi, lakin sonuncu zədə səbəbindən turnirdən kənarlaşdırılıb.
Xatırladaq ki, Rafaəl Fizyev 2023-cü ilin mart ayında Castin Geytji ilə artıq bir dəfə qarşılaşıb və üç raundun yekununda hakimlərin yekdil qərarı ilə məğlub olub. Altı ay sonra isə Fiziyev UFC Fight Night 228 turnirində Mateuş Qamrotla döyüş zamanı diz bağlarını qopardığı üçün ikinci raundda mübarizəni dayandırmağa məcbur qalmışdı.

Oxşar xəbərlər
Hakim futbolçuya xərçəng xəstəliyinə tutulmasını dilədiyi üçün futboldan uzaqlaşdırılıb
İtalyan futbol hakimi Qabriel Kajari "Pro Sesto"nun yarımmüdafiəçisi Alessandro Salanın xərçəng xəstəliyinə tutulmasını arzuladığı üçün iki il müddətinə futbold...
