FİFA İsraili beynəlxalq yarışlardan kənarlaşdırmağı planlaşdırmır
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino təşkilatın İsrail komandalarına qarşı sanksiya tətbiq etməkdən imtina etdiyini bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Rob Harris "X" sosial şəbəkəsində məlumat verib.
"FİFA-nın nizamnaməsinin müvafiq müddəalarının şərhi kontekstində İordan çayının qərb sahilinin hüquqi statusu hələ də həll olunmamış və beynəlxalq ictimai hüquq baxımından son dərəcə mürəkkəb məsələ olaraq qalır. Buna görə də hər hansı addım atmaq məqsədəuyğun deyil",-deyə məlumatda qeyd olunur.
Dünya çempionatı 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksika-da keçiriləcək. İran yığması turnirə vəsiqə qazanaraq G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq. Bütün oyunların ABŞ ərazisində keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Şamanlar futbola necə təsir etməyə çalışıb? - Ronaldodan SSRİ-yə qədər maraqlı faktlar
Futbol dünyasında taktika, məşq və ustalıq qələbənin əsas şərtləri hesab olunsa da, Afrikanın bəzi ölkələrində uzun illərdir ki, uğurun mistik qüvvələrin köməyi...