FIFA 2030 və 2034-cü illərdə dünya çempionatının keçiriləcəyi ölkələri rəsmən təsdiqləyib
FIFA 2030 və 2034-cü illərdə dünya çempionatının keçiriləcəyi ölkələri rəsmən təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə qərar FIFA-nın onlayn formatda Növbədənkənar Konqresində qəbul edilib.
Əvvəlcədən məlum olduğu kimi 2030-ci ildəki mundialın İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçirilməsi rəsmiləşib.
2034-cü il dünya çempionatının isə Səudiyyə Ərəbistanında baş tutacağı dəqiqləşib. Asiya ölkəsində yay aylarındakı istini nəzərə alaraq, turnirin qışda təşkil olunması qərarı qəbul edilib.
Xatırladaq ki, 2030-cu ildə mundiallar tarixinin 100 illlik yubileyi qeyd olunacaq. Bu səbəbdən ilk dəfə olaraq mundiala 6 ölkə ev sahibliyi edəcək.
Oxşar xəbərlər
Azərbaycan atleti Tehran Məmmədov tələbələr arasında dünya çempionatında qızıl medal qazanıb
Azərbaycanlı atlet Tehran Məmmədov Qətərin paytaxtı Dohada keçirilən tələbələr arasında keçirilən dünya çempionatının qalibi olub. Azərbaycan Ağırlıqqaldırma Fe...