Fernandu Santuş kimlərin yığmaya çağırılmayacağını açıqladı

Fernandu Santuş kimlərin yığmaya çağırılmayacağını açıqladı
İdman 85

"Öz komandasında davamlı şəkildə ehtiyatda oturan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında bildirib.

Portuqaliyalı mütəxəssis milliyə dəvət edilən futbolçuların formada olmasının vacibliyini söyləyib:

"Hər məşqçinin qərarına hörmətlə yanaşıram. Milliyə dəvət edilən futbolçular mütəmadi şəkildə oynamalıdırlar. Xaricdə çıxış edən oyunçularımız çox azdır. Mən də istərdim ki, heyətdə daha çox azərbaycanlı futbolçular oynasınlar".

Qeyd edək ki, portuqaliyalı mütəxəssisin rəhbərlik etdiyi milli iyunun 7-də səfərdə Latviya, bundan üç gün sonra isə Bakıda Macarıstan yığması ilə üz-üzə gələcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi

Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi

Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycanın üç boksçusu finala yüksəlib, iki idmançımız isə bürünc medal qazanıb. BAKU.WS xəbə...

36 İdman 21:12 23 oktyabr 2026

Son xəbərlər