Fernandu Santuş: "Haiti millisinə qalib gəlmək istəyirik"

Haiti millisinə qalib gəlmək istəyirik.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haiti yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl baş tutan mətbuat konfransında deyib.
70 yaşlı mütəxəssis sabahkı matçın çətin keçəcəyini söyləyib:
"Meydana çıxacaq futbolçuları müəyyənləşdirmişəm. Təbii ki, heyəti burda söyləyə bilməyəcəm. Keyfiyyətli futbolçulardan təşkil olunmuş yığmmaya qarşı çıxış edəcəyik. Rəqibin son 5-6 oyunlarını izləmişik və analiz etmişik. Məşqlərdə onların oyun üslublarına qarşı hazırlaşmışıq. Rəqib daha çox hücum futboluna önəm verir. Haiti top itkisindən sonra toparlanıb, yenidən hücuma çıxmağa çalışan bir yığmadır. Məşqlərimiz yüksək səviyyədə keçib. Haiti millisinə qalib gəlmək istəyirik. Düzdür, bu görüş bizə hər hansısa xal qazandırmayacaq. Lakin yığma olaraq uduzmaq istəmirik".
Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Haiti görüşü saat 21:45-də başlayacaq.
Oxşar xəbərlər
Azərbaycan millisi Haitiyə məğlub olub
Futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Haiti yığmasına məğlub olub. BAKU.WS report-a istinadən xəbər verir ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqa...
