Fernandu Santuş Azərbaycan millisinin baş məşqçisi postundan ayrılacaq
DÇ-2026-nın seçmə mərhələsinin ilk oyununda İslandiya millisinə səfərdə 0:5 hesabı ilə məğlub olan Azərbaycan seçməsinin baş məşqçisi Fernandu Santuşun vəzifəsindən ayrılacaq.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam veriləcək.
Xatırladaq ki, Fernandu Santuş 2024-cü ildən Azərbaycan millisini çalışdırır.
3+1 illik müqavilə imzalanan baş məşqçi Azərbaycan millisindən sözləşməsi başa çatmayacağı təqdirdə ayrılarsa, geri qalan hər ili üçün bir milyon avro təzminat alacaq.
Qeyd edək ki, Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində növbəti oyununa sentyabrın 9-da çıxacaq. Seçmə komandamız Ukrayna millisini qəbul edəcək.
Oxşar xəbərlər
Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb
Misli Premyer Liqasında V tura start verilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, günün yeganə matçında "Neftçi" "İmişli"nin qonağı olub. Yevlax şəhər s...