Fərid Qayıbov: "IRONMAN 70.3" yarışını çoxdan gözləyirdik
Bu gün bizim üçün növbəti idman bayramıdır. Çünki "IRONMAN" ilk dəfə olaraq Bakıdadır. Bu yarışı, bu tədbiri çoxdan gözləyirdik və nəhayət, bu gün start verildi.
BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Bakının ev sahibliyi etdiyi "IRONMAN 70.3" triatlon yarışı barədə jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, bu il Bakının dünyanın idman paytaxtı olması ilə əlaqədar şəhərdə çoxsaylı beynəlxalq və irimiqyaslı idman tədbirləri təşkil edilir: "60-dan artıq ölkənin nümayəndələrinin və 1000-dən çox idmançının iştirak etdiyi yarışda 100-dən artıq azərbaycanlı idmançı mübarizə aparacaq. Bizi sevindirən məqamlardan biri də ölkəmizi təmsil edən idmançıların sayının çox olmasıdır. Son illərdə bu idman növü Azərbaycanda populyarlaşıb və "IRONMAN" iştirakçılarımızın sayı hər il artır. Bu yarış da idmançılarımız üçün "IRONMAN" statusu qazanmaq baxımından növbəti şansdır. Mən hər bir idmançını və federasiyanı təbrik edirəm, tərəfdaşlarımıza təşəkkürümü bildirirəm. İstərdim ki, belə tədbirlər ölkəmizdə daha çox keçirilsin. Bilirsiniz ki, idmanla bağlı nazirliyimizin strategiyası var. Bu strategiyanın əsas məqsədlərindən biri idmanı hər bir vətəndaş üçün həyat tərzinə çevirməkdir. Belə tədbir və yarışların keçirilməsi ilə, təbii ki, biz bu məqsədlərimizə çatırıq".
Xatırladaq ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilir.
Oxşar xəbərlər
Premyer Liqa: Bu gün "Sabah" "Zirə" ilə qarşılaşır
Bu gün Misli Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək. BAKU.WS xəbər verir ki, əvvəlcə son ölkə çempionu "Sabah" Premyer Liqanın hazırkı lideri "Zi...