Fərid Qayıbov gənc güləşçiyə belə təsəlli verdi

Fərid Qayıbov gənc güləşçiyə belə təsəlli verdi
Video
İdman 12

Bakıda U-17 dünya çempionatının mükafatlandırma mərasimindən yayılan görüntülər sosial şəbəkələrdə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, kadrlarda Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovun gümüş medal qazanan sərbəst güləşçi İbrahim Həsənova medal təqdim etdikdən sonra onu qucaqlayaraq təsəlli verməsi əks olunub.

Gənc idmançının emosional anlar yaşadığı mərasimdə nazirin bu jesti tamaşaçılar və sosial media istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, 51 kq çəki dərəcəsinin qalibi Benyamin Mayvan (İran) olub. İslam Kurakmaev (Rusiya) və Masamune Uşimadoya (Yaponiya) bürünc medal qazanıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər