"Fənərbağça" - "Trabzonspor" oyununun saatı Türkiyə millisinin oyununa görə dəyişdirilib
13
sen
2025
14:55
Türkiyə Superliqasının V turunda keçirilməsi planlaşdırılan "Fənərbağça" - "Trabzonspor" oyununun saatı dəyişdirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası qərar çıxarıb.
Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi saat 21:00-da yox, 20:00-da start götürəcək.
Buna Türkiyənin basketbol millisinin Avropa çempionatındakı final matçının həmin vaxta təsadüf etməsi səbəb olub.
Qeyd edək ki, "ay-ulduzlular" sentyabrın 14-də, qitə çempionatının finalında Almaniya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Oxşar xəbərlər
İnfantino İran yığmasının DÇ-2026-da iştirakını təsdiqləyib
İranın futbol üzrə yığması 2026-cı il dünya çempionatında çıxış edəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə FIFA konqresində təşkilatın rəhbər...