Elşad Quliyev: "Avstriya ilə oyun çətin alındı, lakin qalib gəlməyi bacardıq"
Azərbaycanın minifutbol millisinin Avropa çempionatında Avstriya komandası ilə oyunu çətin alınıb.
BAKU.WS report-a iatinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Elşad Quliyev mətbuat konfransında bildirib.
Mütəxəssis Avstriyaya qarşı keçirdikləri ilk görüşü şərh edib:
"Əvvəlcə 28 May - Müstəqillik Günü münasibəti ilə Bütün xalqımızı təbrik edirəm. Həmçinin komandamızı qələbə münasibəti ilə təbrik edirəm. İlk oyun çətin alındı, lakin qalib gəlməyi bacardıq. Rəqib yaxşı kollektivdir. Ümid edirəm ki, növbəti görüşlərdə yaxşı nəticə qazanacaqlar".
E.Quliyev çətin qrupa düşdüklərini söyləyib:
"Çətin qrupda yer almışıq. İtaliya seçməsi Fransa ilə görüşdə yaxşı oyun nümayiş etdirdi. Onlara qarşı tədbirlər alacağıq. Dünya çempionatında daha çox dəstəyimiz var idi. Azarkeşlərin tribunada olması oyunçulara daha çox motivasiya verir. Geniş heyətlə gəlmişik. Bu gün 10 futbolçudan istifadə etdik. Hər rəqib fərqli oyun göstərir. Tanımadığımız komandaya qarşı mübarizə aparmaq çətindir".
Qeyd edək ki, Azərbaycan yığması qitə birinciliyindəki ilk oyununda Avstriya seçməsini 1:0 hesabı ilə məğlub edib. Yığma mayın 29-da İtaliya, 30-da isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.
Oxşar xəbərlər
Mourinyo "Real"ın transfer hədəfini bəyənib - Klub 100 milyon avro ödəyə bilər
Madrid "Real"ının baş məşqçisi Joze Mourinyo "Leypsiq"in cinah hücumçusu Yan Diomandenin transferini klubun əsas hədəfi kimi dəstəkləyib. BAKU.WS xəbər verir ki...