Dünya çempionatında 4 azərbaycanlı hakim ədaləti qoruyacaq
25
iyl
2026
11:11
İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər müəyyənləşib.
Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, Milli Gimnastika Arenasında keçiriləcək mötəbər yarışda I-S kateqoriyalı hakim Sədi Quliyev, həmçinin I kateqoriyalı referilər Kamran Əliyev, Əli Babayev və Zaur Şərifov ədaləti qoruyacaqlar.
Ümumilikdə dünya çempionatında 68 hakim görüşləri idarə edəcək.
Oxşar xəbərlər
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi
Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycanın üç boksçusu finala yüksəlib, iki idmançımız isə bürünc medal qazanıb. BAKU.WS xəbə...