Dünya çempionatı: Cüdoçumuz YARIMFİNALDA
Azərbaycan cüdoçusu Zelim Tçkayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.
BAKU.WS xəbər verir ki, 81 kq çəki dərəcəsində rəqib cənubi koreyalı ikiqat olimpiya və dünya mükafatçısı Junhvan Li olub.
Rəqibinə qalib gələn Tçkayev yarımfinala yüksəlib.
***18:01
Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında yarımfinala vəsiqə qazanıb.
BAKU.WS xəbər verir ki, 1/16 finalda çinli Tsyanqnan Vanı məğlub edən Tçkayev 1/8 finalda braziliyalı Luan Almeydadan üstün olub.
Azərbaycan cüdoçusu 1/4 finalda yaponiyalı Yoonvan Lini üstələyib. Z.Tçkayev yarımfinalda gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gələcək.
Qeyd edək ki, mundialda Azərbaycan 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız turnirdə hələ ki, medal qazana bilməyiblər.
Oxşar xəbərlər
Sergen Yalçın Türkiyə millisinin sükanı arxasına keçdi
Türkiyə milli futbol komandasının yeni baş məşqçisi Sergen Yalçın olub. BAKU.WS xəbər verir ki, 53 yaşlı mütəxəssislə 4 illik müqavilə üzrə razılıq əldə edilib....