Dünya çempionatı: Azərbaycanın cüdo millisi mübarizəni dayandırıb
20
iyn
2025
14:50
Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan cüdo üzrə dünya çempionatında mübarizəni dayandırıb.
BAKU.WS xəbər verir ki, komanda 1/8 finalda Almaniyaya məğlub olub - 1:4.
Bu görüşdə yeganə qələbəni Zelim Kotsoyev (90 kq) qazanıb. O, Erik Abramovu məğlub edib.
Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edib. Milli üzvlərindən Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.
Oxşar xəbərlər
Sergen Yalçın Türkiyə millisinin sükanı arxasına keçdi
Türkiyə milli futbol komandasının yeni baş məşqçisi Sergen Yalçın olub. BAKU.WS xəbər verir ki, 53 yaşlı mütəxəssislə 4 illik müqavilə üzrə razılıq əldə edilib....