Dünya çempionatı: Azərbaycan millisinin finaldakı rəqibi müəyyənləşib
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında növbəti finalçı müəyyənləşib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın ikinci yarımfinal qarşılaşmasında Macarıstan və Serbiya seçmələri üz-üzə gəliblər.
Matçın əsas vaxtında hesab açılmayıb.
Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) Macarıstan kollektivi həlledici mərhələdə Azərbaycanla qarşılaşmaq hüququ qazanıb.
Yarımfinalda yığmamıza məğlub olan Monteneqro isə üçüncü yer uğrunda görüşdə Serbiya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Mükafatlar uğrunda oyunlar iyunun 1-də baş tutacaq.
Oxşar xəbərlər
"Mançester Siti"də yeni dövr: Qvardiolanı köməkçisi əvəz edə biləcək?
"Mançester Siti"də uzun illər uğurlu dövrə imza atan Pep Qvardiola komandanı tərk etdikdən sonra baş məşqçi postuna Enzo Mareska gətiriləcək. Lakin italiyan mü...